Vişvanatan Anand dünya şahmat tacına iddiaçıların turnirində qalib olub

Vişvanatan Anand dünya şahmat tacına iddiaçıların turnirində qalib olub

Xantı-Mansiyskdə şahmat üzrə dünya çempionu adına iddiaçıların turnirində sonuncu -14-cü tur keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının lideri Şəhriyar Məmmədyarov son turda rusiyalı Vladimir Kramniklə sülh bağlayıb. Oyun 30-cu gedişdə başa çatıb.

Erməni şahmtaçı Levon Aronyan son turda Serqey Karyakinə uduzub, Vişvanatan Anand - Pyotr Svidler, Veselin Topalov - Dmitri Andreykin qarşılaşmaları heç-heçə nəticələnib.

Xatırladaq ki, hindistanlı Vişvanatan Anand sonuncu turdan əvvəl özünə turnirin qalibi titulunu təmin edərək hazırkı dünya çempionu Maqnus Karlsenla şahmat tacı uğrunda mübarizə aparmaq imkanı qazanıb. Rusiyalı qrossmeyster Serqey Karyakin 7,5 xal ilə gümüş medalın sahibi olub.
Turniri 7 xal ilə başa vurmuş Şəhriyar Məmmədyarov Rusiya nümayəndələri Vladimir Kramnik və Dmitri Andreykinlə birlikdə 3-cü -5-ci yerləri bölüşür. Sonrakı iki yeri hərəsi 6,5 xal toplamış Levon Aronyan və Pyotr Svidler tutur.
Bolqarıstan nümayəndəsi, keçmiş dünya çempionu Veselin Topalov cəmi 6 xal toplayıb və turniri sonuncu yerdə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə