Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında sərbəst və yunan-Roma güləşi üzrə azyaşlı yeniyetmələr (2000-2001-ci il təvəllüdlü) arasında "Gənc Olimpiyaçılar" Kuboku yarışları başa çatıb. Siasport.az saytının məlumatına görə, yarış Azərbaycan Güləş Federasiyasının 1 saylı nümayəndəliyinin tərkibində fəaliyyət göstərən güləş klublarında sərbəst və yunan-Roma güləşi üzrə perspektivli idmançıların aşkarlanması, klub məşqçilərinin işinin qiymətləndirilməsi məqsədi daşıyıb.
Yunan-Roma güləşi üzrə yarışlarda 6 komanda iki yarımqrupda mübarizə aparıb. Yarımqrupda birinci yeri tutan komandalar finalda qarşılaşıb, müvafiq olaraq ikinci yeri tutan komandalar 3-4-cü yer, yarımqrupun üçüncüləri isə 5-6-cı yerlər uğrunda yarışıblar.
| A yarımqrupu | Nəticə | Yekun | ||||||
|
Həyat GK - Bakı GK Həyat GK - Hövsan GK Bakı GK - Hövsan GK |
8-1 6-3 1-7 |
1. Həyat GK 2. Hövsan GK 3. Bakı GK |
Final Həyat GK-Cəngi GK 3-4-cü yer uğrunda Hövsan GK - X.Cəfərov GK 5-6-cı yer uğrunda Bakı GK - Pirallahı GK |
5*-5 (22-20) 3-6 6-4 |
1. Həyat GK 2. Cəngi GK 3. X.Cəfərov GK 4. Hövsan GK 5. Bakı GK 6. Pirallahı GK |
|||
|
B yarımqrupu |
||||||||
|
Pirallahı GK - Cəngi GK Pirallahı GK - X.Cəfərov GK Cəngi GK - X.Cəfərov GK |
3-7 2-8 6-4 |
1. Cəngi GK 2. X.Cəfərov GK 3. Pirallahı GK |
Yunan-Roma güləşi yarışlarında yarımqruplarda keçirilən görüşlərin nəticələrinə əsasən, 5-6-cı yer uğrunda "Bakı" Güləş Klubu (GK) və "Pirallahı" GK, 3-4-cü yer uğrunda "Xosrov Cəfərov" GK və "Hövsan" GK, finalda isə "Həyat2 GK və "Cəngi" GK qarşılaşıb. Yekunda yunan-Roma güləşi üzrə "Gənc Olimpiyaçılar" Kuboku yarışlarının qalibi "Həyat" GK olub. "Cəngi" GK ikinci, "Xosrov Cəfərov" GK isə üçüncü yeri tutub.
Yarışda ilk üç yeri tutmuş komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB