Torres "Çelsi"dən gedir?

Londonun "Çelsi" futbol klubu Fernando Torresi mövsümün sonunda transferə çıxaracaq. Siasport.az saytı xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazır. İngilis mətbuatının yaydığı xəbərə görə, London klubunun prezidenti Roman Abramoviç üç ildir gözlənilən oyunu nümayiş etdirməyən hücumçunun satılmasına qərar verib. Rus iş adamı "Çelsi "ilə iki illik müqaviləsi olan 30 yaşlı ispan futbolçunun təzminat qiymətini də müəyyənləşdirib. Ona 13 milyon funt sterlinq qiymət qoyulub. Qeyd edək ki, Torreslə "Valensiya"nın yaxından maraqlandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə