Məlum olduğu kimi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi və hazırda seleksiyaçı -məşqçi vəzifəsində çalışan Ceyhun Sultanov, o cümlədən "Qəbələ"nin futbolçusu Rail Məlikov restoran açıblar. Siasport.az saytı Sportarena.az-a istinadən xəbər verir ki, "Şərbət" adlanan restorana gələn müştərilərin zövqünü oxşamaq üçün biri-birindən maraqlı səhnələr reallaşdırılır. Restoranda 14 fevral - "Sevgililər günü"ndə isə daha bir ilkə imza atılacaq. Belə ki, müğənni Röya həmin gün məhz bu restoranda konsert verəcək.
Qeyd edək ki, konsertə təşrif buyurmaq istəyənlər fevralın 14-ü saat 20:00-dan etibarən restorana gələ bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB