"Sumqayıt" "Şahdağ"la qarşılaşacaq

"Sumqayıt" "Şahdağ"la qarşılaşacaq

"Sumqayıt" futbol klubu ölkə daxilində təlim-məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda gündə iki dəfə olmaqla Topaz Premyer Liqasının 3-cü dövrəsinə hazırlaşır. Heyətdə zədəli futbolçu yer almır. Qapıçı Tərlan Əhmədli və müdafiəçi Bəxtiyar Həsən-Alızadə U-21-in düşərgəsində olduğu üçün hazırlığa nisbətən gec qoşulacaq.

"Sumqayıt" FK növbəti yoxlama oyununu yanvarın 23-də "Şahdağ"a qarşı keçirəcək. Həmin qarşılaşma Sumqayıtda saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə