Ağdaş Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş sərbəst güləş və cüdo üzrə açıq rayon birincilikləri keçirilib. Siasport.az saytının məlumatına görə, Ağdaş Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən sərbəst güləş turnirində Ağdaş, Göyçay, Ucar, Qəbələ, Oğuz, İsmayıllı, Gəncə və Samux rayonlarından 150 idmançı mükafat uğrunda mübarizə aparıb. Müxtəlif çəki dərəcələrində çıxış edən idmançıların 11-i qızıl, 11-i gümüş və 22-si bürünc medal qazanıb.
Cüdo üzrə keçirilən yarışda isə Ağdaş və Göyçaydan olan 70-ə yaxın idmançı iştirak edib. Onlar 7 çəki dərəcəsində mübarizə aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB