Azərbaycan futboluna böyük itki üz verib. Siasport.az saytının məlumatına görə, SSRİ dövründə "Neftçi" klubunun heyətində çıxış etmiş futbol veteranı Bəxtiyar Qulamov 64 yaşında dünyasını dəyişib.
1949-cu ildə anadan olmuş B.Qulamov 1972-1978-ci illər ərzində "Neftçi"nin formasını geyinib. Komandanın ən yaxşı müdafiəçilərindən hesab olunan B.Qulamov "ağ-qaralar"ın heyətində SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib. SSRİ idman ustası adına layiq görülmüş futbolçu, karyerasını başa vurandan sonra da sevimli peşəsindən ayrılmayıb. Daim öz fəaliyyəti ilə Azərbaycan futboluna xidmət etmiş mütəxəssis eyni zamanda məşqçi kimi də çalışıb.
"Neftçi" PFK Bəxtiyar Qulamovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB