Milinko Pantiç: "Revanş almalıyıq"

Milinko Pantiç: "Revanş almalıyıq"

Sabah Topaz Premyer Liqasında 18-ci turun görüşləri (2-ci dövrənin son oyunudur) çərçivəsində "Bakı" səfərdə "Qəbələ" ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, oyunöncəsi son məşqini keçirən "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini bildirib: "Çox çətin və narahat olduğumuz rəqibə qarşı oynayacağıq. Xüsusilə, "Qəbələ"nin ön xəttinə çox güclü oyunçular cəmləşib. Ümumi heyətə baxanda isə hamısı oynadığı mövqedə güclüdür. Amma "Bakı" olaraq Qəbələyə ağ bayraq qaldırmağa getmirik. İlk dövrənin açılış oyununda "Qəbələ"yə yenildik. İndi isə revanş almalıyıq. İlin son görüşüdür deyə, nəyimiz var onu da meydanda göstərməliyik. Qış fasiləsinə turnir cədvəlinin hansı mövqeyində yollanırıqsa, deməli, bu yerə layiqik. Ancaq bundan da yaxşı ola bilərdi. Son nəticəni 2014-cü ilin may ayında görəcəksiz".

Bütün xəbərlər Facebook səhifəmizdə