"Sumqayıt" öz meydanında "Simurq"a məğlub oldu

"Sumqayıt" öz meydanında "Simurq"a məğlub oldu

Topaz Premyer Liqasının 14-cü turunda "Simurq" Sumqayıtda eyniadlı komandanın qonağı olub. Siasport.az saytının məlumatına görə, Stepan Polyakın 42-ci dəqiqədə vurduğu qol Zaqatala təmsilçisinə 3 xalı qazandırıb.

"Sumqayıt" – "Simurq" 0:1

Qol: Stepan Polyak 42

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Oyunun çətin olacağını bilirdik. Ümumiyyətlə, Premyer Liqada asan oyun yoxdur. "Sumqayıt" yaxşı hücum futbolu oynayan komandadır. Qələbə qazanmaq bizim üçün vacib idi. İlk hissədə ikinci hissədən daha yaxşı oynadıq".

Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: "Futbolçularım yaxşı oynadı. Təəssüf ki, nəticə qənaətbəxş olmadı. Ustalıq səviyyəmiz qələbə qazanmaq üçün kifayət etmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə