Ronaldinyo “Beşiktaş”a “hə” dedi?

Ronaldinyo “Beşiktaş”a “hə” dedi?

İstanbulun "Beşiktaş" futbol klubu dünya futbolunun ulduzlarından biri, braziliyalı Ronaldinyoilə danışıqlar aparır. Siasport.az saytı xəbər verir ki, istanbul klubu artıq braziliyalı ulduz futbolçu ilə ciddi təmaslara keçib. "El Mundo" nəşri yazır ki, türk klubunun meneceri Ayhan Yeşilbaş indi Braziliyadadır. "Beşiktaş" Ronaldinyoya ildə 3 milyon avro maaş, hər matç üçün 25 min avro mükafat təklif edib. Danışıqlarda Ronaldinyonun qardaşı və meneceri Assis də iştirak edir. İlkin məlumatlara görə, Ronaldinyo "Beşiktaş"da oynamağa razılıq verib. İspaniya mediyası yazır ki, ulduz futbolçunun qış transfer dövründə istanbula gələcyi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə