Şevçenko məşqçi olacaq!

Ukrayna yığmasının sabiq futbolçusu Andrey Şevçenko məşqçi lisenziyası alıb. Siasport.az saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə A.Şevçenko açıqlama yayıb: "Məşqçi kimi işləmək üçün məktəbdə lazımı dərsləri aldım. Düşünürəm ki, 20 illik futbolçu karyeram ərzində qazandığım təcrübə də mənə çox kömək edəcək". Qeyd edək ki, "Dinamo" (Kiyev), "Milan" və "Çelsi" kimi klublarda çıxış edən Şevçenko 2012-ci ildə futbolçu karyerasını başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə