Ramin Musayev futbolçulara 10 min manat mükafat vəd etdi

Ramin Musayev futbolçulara 10 min manat mükafat vəd etdi
Bu gün keçirilən sentyabr və oktyabr aylarının ən yaxşılarının mükafatlandırma mərasimində ayın qolları izlənilən zaman PFL prezidenti Ramin Musayev Rauf Əliyevlə Əfran İsmayılova maraqlı sual ünvanlayıb. Siasport.az saytının məlumatına görə, onun "Siz bu qolu vurmaq üçün məşq etmişdinizmi?" sualına futbolçular "Belə qolu məşq etməzlər" cavabını veriblər.

Daha sonra qurum rəhbəri hər iki futbolçu ilə bağlı ictimaiyyətə söz verib: "Əgər bu 2 futbolçu növbəti 2 ayda yenə "ən yaxşı" seçilsə, PFL tərəfindən 10 min manatla mükafatlandırılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com