Dünya futbolunun canlı əfsanəsi olan braziliyalı Pele, yenə maraqlı açıqlamaları ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, braziliyalı canlı əfsanə, "Qızı top" mükafatına kimin daha çox sahib olmaq imkanları barədə danışıb. Eurosport.com-un yaydığı məlumata əsasən, braziliyalı futbol əfsanəsi həmyerlisi olan Neymarın builki mükafatı alacağını düşünməsə də, qarşıdakı 4-5 ildə Nemyarın dünyanın ən yaxşı futbolçusu olacağını deyib: "O, bir gün dünyanın ən yaxşısı olacaq. Neymar hazrda Messi və Ronaldonun təcrübəsinə sahib olmasa da, Braziliyakı ən yaxşı futbolçulardan biridir. Onun "Qızıl top"u almaq üçün 4-5 ilə ehtiyacı var". Pele bildirib ki, builki mükafat uğrunda mübarizə əvvəlki illərdə olduğunu kimi Messi və Ronaldo arasında keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB