U-15 (qızlar) İsrail komandasına 2 cavabsız qol vurdu

U-15 (qızlar) İsrail komandasına 2 cavabsız qol vurdu

15 yaşadək qızlardan ibarət Azərbaycan yığması (1999-cu il təvəllüdlü) İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-gərargahının ərazisində yerləşən stadionda təşkil olunmuş, 2014-cü il avqustun 16-dan 28-dək keçiriləcək Yeniyetmələr arasında Olimpiya oyunlarına seçmə xarakter daşıyacaq turnirdə İsrail komandası ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Nərmin İsmayılova və Gültac Məmmədəliyeva vurub. Futbolçularımız oktyabrın 16-da keçiriləcək final oyununda Slovakiya - Rumıniya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, mini-turnirin qalibi Yeniyetmələr arasında Olimpiya oyunlarına vəsiqə qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə