Vaqif Sadıqov: "Əsas heyətin iki futbolçusunu itirdik"

Vaqif Sadıqov: "Əsas heyətin iki futbolçusunu itirdik"

Topaz Premyer Liqasının 9-cu turunda AZAL doğma meydanda "Simurq"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, gərgin və maraqlı idman mübarizəsində keçən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Oyun dinamik keçdi. 90 dəqiqə ərzində meydanda mübarizə əzmi var idi. AZAL fiziki hazırlığı yüksək olan komandadır. İlk hissədə qol buraxdıq. Fasilədə müəyyən taktiki gedişlərlə oyunun axarını dəyişə bildik, hesabı bərabərləşdirdik. Oyunun son dəqiqələri də gərgin keçdi. Güclü külək hər iki komandanın oyuna təsir edirdi, xüsusən də hava mübarizələrində. Hər iki komanda sona kimi mübarizə apardı. Heç-heçəni bu oyunun ədalətli nəticəsi hesab edirəm",

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Qələbəyə layiq oynadıq, heyf ki, qalib gələ bilmədik. 90 dəqiqə sürətli oyun göstəririksə, qol epizodları yaradırıqsa, bunun bəhrəsini görəcəyik. Komandaya tapşırmışdım ki, ikinci hissənin ilk 15 dəqiqəsində diqqətli oynasınlar. Müdafiəyə çəkildik, "Simurq" 5-6 dəqiqə oyuna nəzarə etdi və 11 metrlik cərimə zərbəsindən hesabı bərabələşdirdi. Hesabda öndə olanda ilk növbədə nəticəni qorumağa çalışırdıq. Hesab bərabərləşdikdən sonra meydanda tam başqa AZAL gördük - mənim istədiyim kimi aqressiv futbol oynayan AZAL. İkinci hissədə 6 real qol epizodumuz oldu. Bugünkü oyunda əsas heyətin iki futbolçusunu itirdik. 4 oyundur ki, qələbə qazana bilməməyimiz bizə psixoloji təsir edir".

Bütün xəbərlər Facebook səhifəmizdə