"Kənarda qalmağımın səbəbini baş məşqçidən soruşun"

"Kənarda qalmağımın səbəbini baş məşqçidən soruşun"

Avropa Liqasının bütün oyunlarında "Qarabağ" klubunun qapısını qoruyan Miro Varvodiç çempionat matçlarında millimizin sabiq qapıçısı Fərhad Vəliyevin kölgəsində qalır. Siasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov oyunlarda əsasən F.Vəliyevə şans verir.

M.Varvodiç isə Futbol11.az saytına açıqlamasında bildirib ki, kənarda qalması məhz Qurban Qurbanovun istəyidir: "Mənim hər hansı bir problemim yoxdur. Baş məşqçi belə istəyir. Kənarda qalmağımın səbəbini də ondan soruşun".

Bütün xəbərlər Facebook səhifəmizdə