Rafael Varan geri dönür

Uzun müddətdir ki, zədə səbəbindən forma geyinə bilməyən Madrid "Real"ının futbolçusu Rafael Varan komandası ilə hazırlıqlara başlayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərə görə, may ayında La Liqada "Espanyol"la oyunda zədələn gənc müdafiəçinin qısa müddət ərzində yaşıl meydanlara qayıdacağı gözlənilir. Bu barədə fransalı futbolçu "Facebook" sosial şəbəkəsinin səhifəsində yazıb: "Qarşıdakı günlərdə əvvəlki formama qayıdacam".

Bütün xəbərlər Facebook səhifəmizdə