Georgi Hagi Sneyder və Droqba barədə danışdı

Georgi Hagi Sneyder və Droqba barədə danışdı

"Qalatasaray"ın əfsanə futbolçularından olmuş Georgi Hagi, maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ötənlərin ulduz futbolçusu, "cim bom"un hazırkı heyəti ilə bağlı fikirlərini elan edib. "Qalatasaray"ın heyətində olduqca güclü futbolçuların yer aldığını deyən G.Hagi bildirib ki, Uesli Sneyder və Didye Droqba olduqca gücle və hər an oyunun taleyini dəyişə biləcək futbolçulardır: "Onlar barədə nəsəd emək belə artıqdır. Çünki hər iki futbolçu özlərini dünya səviyyəsində təsdiqləmiş futbolçulardır. Onların hər ikisinin "Qalatasaray"a böyük uğurlar qazandıracaqlarına inanıram. UEFA Çempionlar Liqasında da "Qalatasaray"ın qrupdan çıxacaqına əminəm. Düzdür, "Real" və "Yuventus" olduqca güclü rəqiblərdir. Amma "Qalatasaray" da güclü potensiala və texnikaya qadir olan futbolçulara sahib bir komandadır. "Qalatasaray"ın oyunlarına baxmaq üçün İstanbula gələcəm."-deyə G.Hagi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə