Vaqner Lav Çin klubuna transfer olundu

Vaqner Lav Çin klubuna transfer olundu

29 yaşlı hücumçu Vagner Lav Çin super Liqasında mübarizə aparan Shandong Luneng klubuna transfer olunub. Bu barədə Siasport xəbər verir. Çin klubu futbolçunu transfer etmək üçün rus klubuna 12 milyon avro ödəyib.

Təcrübəli futbolçu Moskva təmsilçisində 255 resmi oyunda meydana çıxıb və 124 qol vurub.

Xatırladaq ki, 2004-ci ildə "Palmeyras"dan 8 milyon dollar qarşılığında "ÇSKA Moskva"ya transfer olunan Vaqner Lav 2008-ci ildə Rusiya Premyer Liqasında qol kralı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə