Sabah Hollandiyanın Rotterdam şəhərində gənc boksçular arasında Avropa birinciliyinə start veriləcək. Siasport.az saytının xəbərinə görə, Azərbaycan yığması yarışa tam heyətlə qatılacaq.
Komandamızın heyətində Münasib Məmmədov (49 kq), Məsud Yusifzadə (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Valeh Ramazanov (60 kq), Cavid Quliyev (64 kq), Hidayət Musayev (69 kq), Nəbi Bağırov (75 kq), Rahil Məmmədli (81 kq), Sadiq Səmədov (91 kq) və Məhəmmədəli Tahirov (+ 91 kq) yer alıb.
Qeyd edək ki, Avropa birinciliyinə avqustun 17-də keçiriləcək final görüşləri ilə yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB