Çempionlar Liqası pley - of turuna çıxan “Fənərbaxça”nın potensial rəqibləri müəyyənləşib

Çempionlar Liqası pley - of turuna çıxan “Fənərbaxça”nın potensial rəqibləri müəyyənləşib

Çempionlar Liqası üçüncü təsnifat mərhələsində "Salzburq"u məğlub edən "Fənərbaxça"nın pley – of turundakı potensial rəqibləri bəlli olub.

Siasportun verdiyi xəbərə görə, "Fənərbaxça" bu turda "Arsenal", "Lion", "Şalke", "Milan", "Nordsyelland" və "Zenit" komandalarından biri ilə qarşılaşacaq.

İlk oyunlar 20 – 21 avqustda, ikinci oyunlar isə 27 – 28 avqustda baş tutacaq. Püşkatma mərasimi isə avqustun 9 - da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə