Bafetimbi Qomis “Nyukasl”a satılır

Bafetimbi Qomis “Nyukasl”a satılır

Fransanın "Lion" komandası İngiltərənin "Nyukasl" klubunun Bafetimbi Qomisin transferi ilə bağlı müraciətinə müsbət cavab verib. Siasportun İtar-tass agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Lion" klubunun prezidenti Jan-Mişel Olas məlumat verib: "Bizə 8 milyondan əlavə 2 milyon avro da bonus şəklində ödəniş olunması təklifi tamamilə qane edir. "Nyukasl" hücumçunun əmək haqqı ilə bağlı məsələləri də həll etməyə hazırdır. Həll olunmamış kiçik məsələlər isə 1-2 günə həllini tapacaq".

Qeyd edək ki, Qomis 2009-cu ildən "Lion"da çıxış edir və keçirdiyi 75 matçda 22 qol vurub. Fransa yığması tərkibində 6 oyunda meyadana çıxıb və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə