Emre Can "Bayer Leverkuzen"ə getdi!

Emre Can "Bayer Leverkuzen"ə getdi!

Uzun müddətdir ki, istanbulun "Qalatasaray" futbol klubunun israrla heyətinə qatmaq istədiyi "Bavariya"lı türk əsilli futbolçu Emre Can, başqa bir Bundesliqa klubuna transfer olub. Siasport.az saytı xəbər verir ki, bu barədə "Bavariya"nın rəsmi saytı elan edib. "Pivəçilərin" rəsmi saytının yaydığı xəbərə görə, gənc futbolçu "Bayer Leverkuzen" klubuna transfer olub. Məlumata əsasən E.Can 4 illik müqavilə əsasında "Bayer Leverkuzen"də çıxış edəcək. "Bavariya" rəhbəri Karl Hans Rummengie bildirib ki, onlar gənc futbolçunun yeni klubunda stabil olaraq ilk 11-likdə çıxış edəcəyinə əmindirlər. "Bavariya" prezidenti bildirib ki, bir neçə ildən sonra E.Can yenidən doğma komandasına qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə