Hazırda Madrid "Real"ında forma geyən portuqaliyalı ulduz futbolçu Kriştiyanu Ronaldo, yemək masasında İstanbulun "Fənərbaxça" futbol klubunun meneceri Hasan Kaya ilə birlikdə türk futbolunda baş verənləri mzuakirə ediblər. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça"nın meneceri, Portuqaliya-Rusiya qarşılaşmasından sonra Lissabonda Portuqaliya millisinin təlim-məşq bazasında İstanbul klubunun futbolçuları olan Mereleş və Bruno Alveşlə görüşən zaman, K.Ronaldo da onlarla bir masada yemək yeyib və Türkiyə futbolu barədə söhbət ediblər. Türkiyənin "Milliyet" qəzeti yazır ki, portuqaliyalı futbol ulduzu əsasən "Beşiktaş" və "Fənərbaxça"nın UEFA tərəfindən cəzalandırılması ilə bağlı narahatçılığını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB