Mourinyonun yeni iş yeri bəlli oldu

Mourinyonun yeni iş yeri bəlli oldu

Mourinyo ən çox qazanan məşqçilərdən biri olacaq.

Siasport Britaniya mətbuatına istinadən xəbər verir ki, "Real"dan ayrılan Portuqaliyalı çalışdırıcı dünən gecə saatlarında "Çelsi"nin sahibi Roman Abramoviçlə görüşüb və ordaca 4 illik müqaviləyə imza atıb.Mourinyonun "Çelsi"də illik alacağı məvacibin məbləğinin 10 milyon olacağı söylənilir.

Xatırladaq ki, təcrübəli çalışdırıcı daha öncə Zadəganları çalışdırıb və iki dəfə Premyer liqa, bir dəfə FA kap və iki dəfə liqa kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə