"The Sun": Joze Mourinyo "Çelsi" ilə müqavilə imzaladı!

"The Sun": Joze Mourinyo "Çelsi" ilə müqavilə imzaladı!

İngiltərə mətbuatı Joze Mourinyonun uzun zamandır ki, müzakirə obyekti olan yeni təyinatı barədə yeni bir məlumat yayıb. Siasport.az saytı xəbər verir ki, "dumanlı albiom" mediyası "Real"dan ayrılan portuqaliyalı J.Mourinyonun "Çelsi" ilə artıq razılaşma imzaladığını iddia etdi. "The Sun" qəzeti bu günkü manşetində, kral klubunun keçmiş baş məşqçisinin dünən axşam "zadəğanların" sahibi Roman Abromoviçlə görüşərək, bütün detalları ayrı-ayrılıqda müzakirə etdiyini və rəsmi müqaviləyə imza atdığını bildirib. İngilis qəzeti iddia edir ki, "Çelsi"nin rəsmi saytı bu həftə ərzində J.Mourinyonun təyinatı və onunla imzalanan rəsmi müqavilənin mahiyyəti barədə rəsmi məlumat yayımlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə