Mourinyonun ilk transferi

Yeni mövsümdən "Çelsi"ni çalışdıracağı iddia edilən "Real" baş məşqçisi Joze Mourinyonun ilk transferi Hollandiya "Vitess"inin futbolçusu Marko Van Qinkel olacaq.

Siasport xəbər verir ki, London klubu bu transfer üçün artıq həm hollandiyalı oyunçu, həm də "Vitess" ilə razılığa gəlib.

Qeyd edək, bu mövsüm komandası ilə çıxdığı 33 matçda 8 qol vuran 20 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klublar arasında "Ayaks" və PSV-nin də olduğu bildirilirdi. Ancaq bir neçə futbolçusunu mövsümün əvvəlində "Vitess"ə icarəyə verən "Çelsi" yaxşı münasibətlərə görə bu transferi reallaşdıra bilib.

Bütün xəbərlər Facebook səhifəmizdə