Çövkən üzrə II Azərbaycan Çempionatının püşkatma mərasimi keçirilib FOTO
22-26 may 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən çövkən üzrə II Azərbaycan Çempionatı keçiriləcək. SİA-nın xəbərinə görə, bu gün "Binə Atçılıq Mərkəzi"ndə çempionatın püşkatma mərasimi keçirilib. Mərasimdə çıxış edən "Azərbaycan Respublikasının Atçılıq Federasiyası"nın baş katibi Bəhruz Nəbiyev bildirib ki, turnir "Elite Horse Club" atçılıq klubunun yeni istifadəyə verilmiş arenasında təşkil olunacaq: "Turnirin ilk iki günü komandalar 1/4 finala çıxmaq uğrunda mübarizə aparacaqlar. Digər iki gün, yəni 24-25 may tarixlərində isə hər gün iki oyun olmaqla yarımfinal, mayın 26-da isə final qarşılaşması keçiriləcək. Turnirin ümumi mükafat fondu 50 000 manatdır. Çempionatda Ağdam, Şəki, Ağcabədi, Ağstafa, Yevlax, Xızı və Goranboy rayonundan olan komandalar mübarizə aparacaq. Qarşılaşmaları 10 nəfərdən ibarət hakimlər briqadası idarə edəcək. Finala çıxa bilməyən komandalara isə həvəsləndirici mükafatlar təqdim olunacaq.
Daha sonra çempionatın püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən Bakı – Xızı, Ağdam - Yevlax, Şəki - Ağcabədi, Ağstafa – Goranboy komandaları ilə qarşılaşacaq.
Xatırladaq ki, bu gün Bakı – Xızı, Ağdam – Yevlax komandaları 1/4 finala çıxmaq uğrunda mübarizə aparacaqlar. Şəki - Ağcabədi, Ağstafa – Goranboy komandalarının qarşılaşması isə sabah keçiriləcək.
Qeyd edək ki, oyunlar hər gün 16:00-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB