Türkiyə Superliqasında 32-ci turun oyunlarına yekun vurulub.
Siasport Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın qalib gəlib çempionluğunu elan etdiyi turda "Fənərbaxça" səfərdə "İstanbul BB"yə 2:0 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra mətbuata konfransında açıqlama verən "sarı-lacivərdli" klubun baş məşqçisi Aykut Kocaman "Bu oyundan sonra söyləyəcək bir sözüm yoxdu" -deyərək, jurnalistlərdən sual verməmələrini xahiş edib və fikrini belə izah edib: "Yaxşı oynadıq, pis oynadıq deyə oyunu dəyərləndirməyəcəm. Burada vəzifəmə başladığım gündən bəri yaxşı-pis bir çox oyuna çıxdıq, ancaq bu oyunumuza pis deməyə belə dilim gəlmir. Ona görə də çıxışımız barədə çox da danışmayacam. Əvvəldən sona kimi hamımız bərbad vəziyyətdə idik. Oyunumuz barədə danışmağımın mənası yoxdu".
Söhbət əsnasında bir jurnalistin "Qalatasaray" stadionunuza çempion olaraq gələcək. Siz və futbolçularınız "Qalatasaray"ı çempionluq münasibətilə alqışlayacaqsınızmı?" -sualına təcrübəli çalışdırıcı belə cavab verib: "Xeyr, xeyr, belə bir hərəkət üçün vəziyyət uyğun deyil. Belə bir şey ən azından mənim fikrimdə yoxdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB