Millimiz Türkiyə ilə qarşılaşacaq

Millimiz Türkiyə ilə qarşılaşacaq

16 yaşadək milli komandamız qardaş ölkə olan Türkiyə ilə qarşılaşacaq. Siasport idman portalının məlumatına görə, Türkiyə millisi artıq ölkəmizdədir. Dünən saat 19:45-də qardaş ölkə komandası 18-i futbolçu olmaqla 27 nəfər heyət ilə Bakı gəlib. Millimiz Türkiyə yığması ilə 2 oyun keçirəcək. Bunlardan biri sabah, digəri isə aprelin 25-də baş tutacaq.

Qeyd edək ki, hər 2 qarşılaşma saat 16:00-da "Bayıl Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə