Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində qoçyu-ryu okinava karate-do və kobudo növləri üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Siasport.az saytı xəbər verir ki, yekun nəticələrə görə, 9-12 yaş arası I yerə 20 kq çəki dərəcəsində Ruslan Süleymanov, 25 kq çəki dərəcəsində İlyas Nəcəfov, 30 kq çəki dərəcəsində Murad İsmayılov, 35 kq çəki dərəcəsində Elbəy Omarov, 40 kq çəki dərəcəsində Ələsgər Aslanov, 13-15 yaş arası I yerə 30 kq çəki dərəcəsində Qoşqar Salamov, 35 kq çəki dərəcəsində Əli Miriyev, 40 kq çəki dərəcəsində Fərhad Abbasov, 45 kq çəki dərəcəsində Adil Məlikov, 50 kq çəki dərəcəsində Qismət Cəbizadə, 55 kq çəki dərəcəsində Zaur Səmədov, 60 kq çəki dərəcəsində Vüqar Məmmədzadə, 65 kq çəki dərəcəsində Ənvər Əliyev, 70 kq çəki dərəcəsində Polad Mustafayev, 75 kq çəki dərəcəsində Fariz Qəhrəmanov, +75 kq çəki dərəcəsində Alim Qurbanov, qızlar arasında I yerə 30 kq çəki dərəcəsində Aytən Səmədova, 40 kq çəki dərəcəsində Xədicə Feyruzova, 60 kq çəki dərəcəsində Gülnar Həzili layiq görülüblər.
Qeyd edək ki, I, II və III yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB