“Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” ikicildlik kitabın təqdimatı keçirilib

“Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə” ikicildlik kitabın təqdimatı keçirilib

Bu gün "Gülüstan" sarayında "Azərbaycanda Olimpiya Hərəkatı: daim yüksəlişdə" adlı ikicildlik kitabın təqdimatı keçirilib. Siasport.az saytının məlumatına görə, "Azərbaycan" qəzetinin redaksiyası tərəfindən hazırlanmış bu kitab Müasir Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə və Milli Olimpiya Komitəsinin yaranmasının 20-ci, Azərbaycan Olimpiya Hərəkatının inkişaf mərhələsinə qədəm qoymasının 15-ci ildönümünə ithaf edilib.

Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri və KİV təmsilçiləri iştirak ediblər.
Bildirilib ki, kitabda ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyi xüsusi qeyd edilib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda idmanının inkişaf etdirilməsi ilə bağlı kitabda yer almış fərman və sərəncamları ölkəmizin idmanın inkişafı və kütləviliyi baxımından bu gün dünyanın ən öncül dövlətlərindən biri olmasına əyani sübutdur.

Bütün xəbərlər Facebook səhifəmizdə