Sabah yoldaşlıq görüşü çərçivəsində Çexiya millisi ilə qarşılaşacaq Türkiyə yığmasında əla əhval-ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, Türkiyə millisinin əksər futbolçuları artıq iddialı çıxışlar etməyə başlayıblar. Belə ki, "Qalatasaray"ın forvardı Burak Yılmaz çexlərlə qarşılaşmada ancaq və ancaq qələbəyə kökləndiklərini deyərək, millinin oyununda ciddi dönüş yaratmaq istədiklərini açıqlayıb. O, 2014-cü ildə Braziliyada keçiriləcək futbol üzrə dünya Çempionatında iştirake tmək şanslarının hələ də qaldığını deyərək, bunun üçün qalan qarşılaşmalarda var gücləri ilə mübarizə aparacaqlarını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB