Bakının ən yaxşı qılıncoynadanları müəyyənləşdi

Bakının ən yaxşı qılıncoynadanları müəyyənləşdi

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Azərbaycan Qılıncoynatma Federasiyasının idman salonunda gənclər arasında qılıncoynatma üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumtına görə, birincilikdə 4 idman cəmiyyətini təmsil edən 58 idmançı (onlardan 22 nəfəri qız) mübarizə aparıb. Yarış rapira, sablya və şpaqa növləri üzrə təşkil olunub.

Qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə