“Trabzonspor” Orxan Əliyevə təklif göndərdi

“Trabzonspor” Orxan Əliyevə təklif göndərdi

"Sumqayıt" Futbol Klubunun və 19 yaşadək futbolçulardan ibarət millinin hüumçusu Orxan Əliyevə növbəti təklif gəlib. Siasport.az saytının məlumatına görə, "Portu"dan sonra, indi də "Trabzonspor" Futbol Klubu 17 yaşlı futbolçunu baxışa dəvət edib. Dünən "Sumqayıt"a "bordo-mavili" klubun rəsmisi Özkan Sümer tərəfindən faks daxil olub. Orxan Əliyev yanvarın 22-dən 29-dək "Trabzonspor"un düşərgəsində olacaq.

Qeyd edək ki, Orxan Əliyev cari mövsümdə "Sumqayıt"ın heyətində Topaz Premyer Liqasında 12 qarşılaşmada (836 dəqiqə) meydana çıxıb və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə