Milli komandamız məğlub oldu

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mübarizə apardığı A qrupunda bu gün son oyununu keçirib. Siasport.az saytının məlumatına görə, yığmamız Ukrayna komandası ilə qarşılaşıb. Sankt-Peterburq şəhərindəki Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda millimiz məğlub olub. Rəqib 0:2 hesabı ilə qələbə qazanıb.

Valentin Qranatkinin xatirə turniri

A qrupu

Azərbaycan - Ukrayna 0:2 (0:1)

Bütün xəbərlər Facebook səhifəmizdə