Madrid "Atletiko"sunun forvardı Radamel Falkao gələcək karyerası ilə bağlı ciddi açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, kolumbiyalı futbolçu gələcəkdə futbol kareyarsını İtaliya A Seriyasında davam etdirə biləcəyini elan edib. "Atletiko"nun ulduz futbolçusu İtaliya A Seriyasının olduqca maraqlı və Avropada sayılan futbol çempionatlarından biri olduğunu deyərək, futbol karyerasında İtaliya dönəminin ola biləcəyini gizlətməyib. Onun bu açıqlaması isə kifayət qədər təəcüblə qarşılanıb. Xatırladaq ki, bu futbolçunu daha çox digər bir Madrid təmsilçisi olan "Real" klubu öz heyətinə qatmağa çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB