Bir neçə saatdan sonra UEFA Çempionlar Liqasının püşkatması keçiriləcək
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Bakı vaxtı ilə saat 14:30-da baş tutacaq püşkatma mərasimində bu mərhələdə mübarizə aparacaq komandalar müəyyənləşdiriləcək. Qaydalara əsasən, bu mərhələdə qrup qalibləri ikinci pillənin sahibləri ilə üz-üzə gələcək. Lakin bu mərhələdə bir qrupda yer almış və eyni ölkənin təmsilçilərinin qarşılaşması mümkünsüzdür. Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları fevralın 12-13-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB