Böyükağa Hacıyev: “Vurmayana vurarlar"

Böyükağa Hacıyev: “Vurmayana vurarlar"

Topaz Premyer Liqasının 1-ci turundan təxirə salınmış "Neftçi" - "Bakı" oyununda qalib müəyyən olunmadı - 1:1. Siasport.az saytının məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirdilər:

Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Vurmayana vurarlar prinsipi bu oyunda da özünü göstərdi. Komandanın fiziki durumu və motivasiyası yaxşı deyildi. Legioner futbolçular qış fasiləsi yaxınlaşdıqca evlərinə tez getmək barədə fikirləşirlər. Bugünkü görüşdə komanda çox aciz görsəndi. Təsəvvür edə bilmirəm ki, "Bakı" ilə heç-heçə etmişik. Komandamı tanımadım. Mahir Şükürov "Xəzər Lənkəran"la oyunda səhv etdiyi üçün start heyətində yer almadı. Ümumilikdə bugünkü oyunda komandanın heç bir futbolçusunun oyunundan razı qalmadım".

Bojidar Bandoviç, "Bakı" klubunun baş məşqçisi: "Son iyirmi gündə "Bakı" sıx qrafikdə və güclü rəqiblərlə oynayıb. "Neftçi" ilə oyuna gələndə üç saat tıxacda qaldıq, ona görə də stadiona istədiyimiz vaxt çata bilmədik. Çox pis haldır ki, matçdan əvvəl oyunçularımın heç olmasa beş dəqiqə isinmə hərəkəti etməsinə imkan verilmədi. Buna baxmayaraq, futbolçularımdan razı qaldım. Onlar ikinci hissədə yaxşı oynadılar".

Bütün xəbərlər Facebook səhifəmizdə