Fernandesə 10 milyon avroluq transfer təklifi var

Fernandesə 10 milyon avroluq transfer təklifi var

Hazırda İstanbulun "Beşiktaş" futbol klubunda çıxış edən portuqaliyalı futbolçu Fernandesə 10 milyon avroluq transfer təklifi edilib. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyə mətbuatına açıqlamasında "Beşiktaş" rəsmisi Ahmet Kavalçı məlumat verib. O bildirib ki, artıq bununla bağlı rəhbərlik də məlumatlandırılıb. A.Kavalçı eyni zamanda diqqətə çatdırıb ki, həttda 15 milyon avro da təklif olunsa belə, "Beşiktaş" portuqaliyalını transferə çıxarmağı düşünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə