Bakıdakı Ağır Atletika Akademiyasının İdman Mərkəzində "Bakı Beynəlxalq Kuboku" yarışları davam edir. Siasport.az saytının məlumatına görə, yarışda 25 ölkədən idmançılar birincilik uğrunda mübarizə aparırlar.
Turnirdə 62 kiloqram çəki dərəcəsində kişilərin B qrupundakı yarışlarına yekun vurulub. Polşa idmançısı Matsey Prjepiorkeviç birdən qaldıma yarışlarında 105 kiloqram, təkanla qaldırma hərəkətində 137 kiloqram (ümumi – 242 kq) nəticə göstərərək qrup birincisi olub. Çilili Fransisko Barrera (100 kq + 135 kq) ikinci, serbiyalı Stefan Stevanoviç (101 kq + 113 kq) üçüncü olub.
Bu çəki dərəcəsinin qalibləri A qrupunun yarışları bitdikdən sonra müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB