Hazırda İspaniya La Liqasında turnir cədvəli baxımından əzəli rəqibi olan "Real"ı düz 11 xal geridə qoyan "Barselona", demək olar ki, çempionluğa bir nömrəli namizəd göstərilir. Siasport.az saytı xəbər verir ki, bir çox futbol mütəxəssisləri də bu qənaətdədirlər ki, katalon klubu "Real"ın onlara çatmasına imkan verməyəcək. Lakin "Barselona"lı Xavi Hernandes belə hesab edir ki, 11 xal fərqi hələ çempion olmaq demək deyil. Onun İspaniya mətbuatına verdiyi açıqlamadan belə məlum olur ki, Xavi "Real"ın onlara çatacaq gücdə olduğunu düşünür: "Vaxt olub, "Real"dan 12 xal irəlidə olmuşuq. Amma çempionluğu əldə etmək bizə asan başa gəlməyib. "Real" xal fərqini azaltmağa qadirdir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB