Sadıq Sadıqov Türkiyədə mükafatlandırılacaq

Sadıq Sadıqov Türkiyədə mükafatlandırılacaq

"Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov "Beynəlxalq Yüksək Xidmət" mükafatına layiq görülüb. Siasport.az saytının məlumatına görə, hər il Avropada bir klub prezidentinə verilən mükafat bu il "Neftçi" PFK-nın prezidentinə təqdim olunacaq. Sadıq Sadıqov Azərbaycan futbolundakı xidmətləri və ilk dəfə olaraq bir Azərbaycan klubunun Avropa Liqasına vəsiqə qazanması səbəbi ilə bu mükafata layiq görülüb. Adı çəkilən mükafat Sadıq Sadıqova dekabr ayının 17-də Türkiyənin İstanbul şəhərində təşkil olunacaq "Beynəlxalq İdman Adamlarının Mükafatlandırma" mərasimində veriləcək. Mərasim Türkiyənin məşhur Lig Tv telekanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə