Şəhriyar Məmmədyarovdan uğursuz nəticə...

Şəhriyar Məmmədyarovdan uğursuz nəticə...

Kişi şahmatçıların Qran-pri turnirinin növbəti mərhələsinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, Özbəkistanda keçirilən oyunlarda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2764) da gücünü yoxlayıb. Son tura kimi lider olan həmyerlimiz sonuncu – XI turda çinli Van Haoya uduzmaqla ilk "üçlük"dən kənarda qalıb. O keçirdiyi oyunlarda 2 qələbə və 8 heç-heçə nəticəsində aktivinə 6 xal yazdırıb ki, bu da Sergey Karyakin (2775, Rusiya), Van Hao (2737, Çin) və Aleksandr Morozeviçin (2748, Rusiya) topladığın 0,5 xal az olub.

Bütün xəbərlər Facebook səhifəmizdə