Aqil Nəbiyev "Boluspor" klubuna keçə bilər

Aqil Nəbiyev "Boluspor" klubuna keçə bilər

Milli komandamızın və AZAL-ın üzvü Aqil Nəbiyev tezliklə karyerasını Türkiyədə davam etdirə bilər. Siasport.az saytının məlumatına görə, millimizin üzvü qardaş ölkənin "Boluspor" klubuna keçməyə yaxındır. Aqil özü də məlumatı təsdiqləyib: "Deyilənlər düzdü. Bir həftə əvvəl "Boluspor"un baş meneceri zəng etmişdi. O bildirdi ki, rəhbərlik məni komnadada görmək istəyir. Mən onlardan qışa qədər vaxt istəmişəm. Çünki başqa yerli klublardan da təkliflər var. İnşallah çempionatda fasilə yarananda bütün təklifləri götür-qoy edib, yekun qərarımı verəcəyəm. İnanıram ki, AZAL rəhbərliyi də keçidimə görə porblem yaratmayacaq". //"Futbol+"

Bütün xəbərlər Facebook səhifəmizdə