Topaz Premyer Liqasının XII turu çərçivəsində "Sumqayıt"la keçirilən oyundan sonra "İnter" komandasının futbolçularına üç günlük istirahət verilib. Siasport.az saytının məlumatına görə, "İnter" noyabrın 8-də "Şəfa" stadionunda toplaşaraq məşqlərə başlayacaq. Bundan başqa, "İnter" Azərbaycan milli komandasının Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Belfast şəhərində Şimali İrlandiya yığması ilə keçirəcəyi matçla əlaqədar çempionatda yaranmış fasilədən istifadə edərək yoldaşlıq oyunu keçirəcək. Belə ki, "İnter" noyabrın 12-də "Şəfa" stadionunda AZAL ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB