"Fənərbaxça" uduzdu, azarkeşlər Aykut Kocamanı istefaya çağırdılar!

"Fənərbaxça" uduzdu, azarkeşlər Aykut Kocamanı istefaya çağırdılar!

Xəbər verdiyimiz kimi, dünən axşam futbol üzrə Türkiyə Superliqasında növbəti qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Fənərbaxça" futbol klubu "Şükrü Saracoğlu" stadionunda "Antalyaspor"la münasibətlərinə aydınlıq gətirib. Olduqca gərgin keçən qarşılaşmanın sonunda gülən tərəf qonaqlar olublar. Belə ki, "Antalyaspor", 47 qarşılaşmada öz meydanında məğlubiyyət üzü görməyən "Fənərbaxça"nı 3:1 hesabı ilə məğlub edib. Qarşılaşmanın sonlarında əsasən qadın və uşaqların yer aldıqları tribunalarda baş məşqçi Aykut Kocamanı istefaya dəvət edən çağırışlar səsləndirlib.

Bütün xəbərlər Facebook səhifəmizdə