"Barselona"nın argentinalı futbol ulduzu Leonel Messi, daha bir beynəlxalq mükafata sahib olub. Siasport.az saytı xəbər verir ki, argentinalı futbol ulduzu "Qızıl buts"u mükafatını qazanıb. Keçən il də bu mükafata sahib olan argentinalı futbolçu, futbol üzrə İspaniya La Liqasında rəqib qapılarına vurduğu 50 qol sayəsində bu mükafata layiq görülüb. L. Messi Avropa İdman Mediasının (ESM) təsis etdiyi "Qızıl buts"la Barselona şəhərində təltif olunub.O, bu göstəricidə "Real"ın portuqaliyalı ulduz futbolçusu Kriştiyanu Ronaldonu 4 top fərqi ilə qabaqlayıb. L.Messi bildirib ki, bu uğuru bütün komanda yoldaşlarına həsr edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB