Futbol üzrə Bakı şəhər kuboku uğrunda yarışlar başa çatıb. Siasport.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq keçirilən kubok yarışlarında paytaxtın 11 rayon komandası mübarizə aparıb. Finala Xəzər rayonunun "Zirə" komandası və Qaradağ rayonunun "Lökbatan" komandası çıxıb. Qarşılaşmada hesab 2:2 olduğuna görə, qalib 11 metrlik cərimə zərbələrindən sonra təyin olunub. 5:3 hesabı ilə "Zirə" komandası qalib gələrək, Bakı şəhər kubokuna layiq görülüb. Nərimanov – Səbail komandaları arasında gedən mübarizədə isə Nərimanov rayonunun komandası 3:1 hesabı ilə qalib gələrək, üçüncü yerə çıxıb.
Qalib komandalara kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB