Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə Xorvatiyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Funtana" klubu ilə yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, qarşılaşma 3:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Xorvatiya təmsilçisinin qapısından topları Ruslan Nəsirli, David Qarayev və Bayram Budaqov keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB